Surprise Me!

ALA GÖZLÜM & MÜŞERREF AKAY

2013-10-28 15 Dailymotion

Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən acır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmənlər saçın yolur, neyləyim?

"Əsən rüzgarın da yoxdur vəfası
Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası
Saçları pərişan olur, neyləyim?"

Tez gələsən, bəlkə əlac verəsən,
Sünbüllerin saçın yığıb hörəsən-
Çiçəkləri kelib özün dərəsən,
Yolda qalır, baxışları neyləyim?

Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bilki bu Nigar
Həzin-həzin yada salır neyləyim
NİGAR REFİZADE

Buy Now on CodeCanyon