Surprise Me!

Kitab əhli İlə əlaqədar ayələr

2014-02-01 60 Dailymotion

Ali-İmran surəsi, 113-115:

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. "Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!"

ADNAN OKTAR: Biz Quranda bəhs edilən, Allahın təriflədiyi Əhli-Kitabı sevirik və dəstəkləyirik. Cübbəlinin bu ayələrdən xəbəri yoxdur və yaxud görməməzliyinə vurur.

Ali-İmran surəsi, 199:

ALTUĞ BERKER: "Şübhəsiz, Kitab əhlindən, Allaha; sizə və özlərinə nazil olanlara (Allaha dərin hörmət göstərənlər olaraq) inananlar vardır. Onlar Allahın ayələrini ucuz qiymətə satmırlar. Məhz bunların Rəbləri Qatında əcrləri (mükafatları) vardır" deyir, inşaAllah.

ADNAN OKTAR: Quran bizə, bizim sevdiyimiz Əhli-Kitabı təsvir edir. Biz bu insanları sevib, dəstəkləyirik. Cübbəli bu ayələri bilməlidir. Bir tərəfli, bir ayənin üzərində dayanır. Digər ayələri nə üçün oxumursan? Bunlar da Quran ayələridir.

Ali-İmran surəsi, 75:

ALTUĞ BERKER: "Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara çoxlu əmanət versən, onu  sənə qaytararlar; amma elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar".

ADNAN OKTAR: Deməli, yaxşısı da var, pisi də var. Məsələn, Allah Təalanın Quranda təqdir etdiyi hissəsi var. O boş şey deyil. Ayəni sən bəyənmirsənsə, o zaman küfrə düşərsən. Allah bir doğru olanı söyləyir, bir də səhv olanı söyləyir.

Ənkəbut surəsi, 46

ALTUĞ BERKER: "Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!"

ADNAN OKTAR: Deməli, Quranda  təhqir, alçaltmaq, hücum etmək, asmaq, kəsmək, bunların heç biri yoxdur. "Ən gözəl tərzdə mücadilə edin". Allah söyməyi, təhqir, hücum etməyi, asıb-kəsməyi qadağan edib.

ALTUĞ BERKER: "Və deyin ki: "Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) iman etmişik. Bizim də, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!"

ADNAN OKTAR: Bizim xitabımız budur. Biz Cübbəlidən deyil, Qurandan öyrənirik. Onun verəcəyi ağıla ehtiyacımız yoxdur. Quranı, ayələri tənzih edirəm.

Ali-İmran surəsi, 64:

ALTUĞ BERKER: "De ki: "Ey Kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə (tövhidə) tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzü) Rəbb qəbul etməyək!"

ADNAN OKTAR: Cübbəli hər halda bu ayənin hökmünü də yox sayır, anladığım qədər. Biz nə deyirik? "Allah birdir deyin" deyirik. "Allah birdir" demələrini Allah bəyənir. Allah bunu bu ayədə ifadə edir. Cübbəliyə görə bu ayənin hökmü nə olmuş olur? Qəbul etmir kimi bir üslubu var. Bax, bu ayələr digər ayələri şərh edir, açıqlayır. Bu ayələri qiymətləndirməsi lazımdır. Bir ayə ilə, iki ayə ilə olmaz, hamısını qiymətləndirməlidir. O ayəni bir daha oxu.

ALTUĞ BERKER: İnşaAllah. "De ki: "Ey Kitab əhli, bizimlə sizin aranızda eyni olan bir sözə (tövhidə) gəlin…".

ADNAN OKTAR: "Ey Kitab əhli"―yəni yəhudilər və xristianlar "eyni olan bir sözə gəlin". Deməli, müsəlman əlaqəsi olaraq onlarla danışır və onlara təbliğ edir. Nə deyir? Onları "La İlahə İlləllah"-a inandırmağa çalışır. Sonra da "Muhammədən Rəsulullah". Davam et.

ALTUĞ BERKER: "…Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!"

ADNAN OKTAR: Allah Təala: "Əvvəl onları şirkdən qurtarın" deyir, yəni "La İlahə İlləllaha" dəvət edin. Allah Quranda bunu gözəl bir ibadət və rəftar olaraq tərif edir. Onun arxasınca “Muhammədən Rəsulullah” təklif edilməlidir. Allah "bunu edin" deyir. Bizim etdiyimiz də budur. Və onların Allahı sevməsi, Allahın bir olduğunu söyləmələrini Allah bəyənir. Əks halda şirkdir (şərik qoşmaqdır).

Maidə surəsi, 5:

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. "Bu gün sizə pak nemətlər halal edildi. Kitab əhlinin yeməyi sizə halal, sizin də yeməyiniz onlara halaldır".

ADNAN OKTAR: Xristianların, yəhudilərin yeməyini müsəlmanlar yeyir; müsəlmanların yeməyini də xristianlar, yəhudilər yeyir. Birlikdə yemək yeyə bilirlər. Bir-birlərini asıb kəsmirlər, təhqir etmirlər.

ALTUĞ BERKER: "Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli, namuslu, fuhuş etməyən, gizli şəkildə aşna saxlamayan qadınlar mehrlərini verdiyiniz təqdirdə (evlənmək üçün) sizə halaldır".

ADNAN OKTAR: Bax, müsəlman kişi yəhudi və xristian qadınla evlənə bilər. Evləndirirsən həyat yoldaşın olur. Eyni otaqda ona &

Buy Now on CodeCanyon