Hörmətli Adnan Oktarın 16 fevral 2013-ci il tarixli söhbətindən Bəqərə surəsi ilə əlaqədar şərhlər.<br /><br /> ADNAN OKTAR: “Ey İsrail oğulları”, şeytandan Allaha sığınıram. Bəqərə surəsi, 47-ci ayədə belə deyilir. “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın”. Məsələn, sizi aləmlərdən üstün etdim elə deyilmi?<br /><br /> Baxın, lənətlənməyi qəbul edirlər, lakin Allah bu ayədə “sizi aləmlərdən üstün etdim”-deyir. Bəs lənətlənənlər kimdir? Pislik və səhvlik edənlər lənətlənmişdir. Günahsız insan lənətlənməz. Axı uşaq niyə lənətlənsin? Uşaq doğulduğunda bir müsəlman olaraq doğular, axı uşaq niyə lənətlənsin?