Hörmətli Adnan Oktarın 11 noyabr 2012-ci il tarixli söhbətindən Zuxruf surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah, Zuxruf surəsi, 48-ci ayədə belə buyurur: "Onlara bir-birindən böyük olan möcüzələr göstərdik." Yəni, “çox böyük dəlillər göstərdik”-deyir. Axırzamanda, mehdiyyət dövründə bu dəlilləri (möcüzələri) gördükləri halda, anlamazlıqdan gəlirlər. "Bəlkə dönərlər deyə, onları əzabla yaxaladıq." Yəni, Allah, “əgər dəlillərimi görməzlikdən gəlsəniz, əzabla yaxalayaram” deyir.

49-cu ayə: " Onlar: “Ey sehrbaz!:" -deyirlər, hz. Musa (ə.s)-a xitabları belədir.

"Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk”– dedilər.” Bu qədər dəlilə baxmayaraq. “Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.”-deyir Allah.