Hörmətli Adnan Oktarın 2 dekabr 2012-ci il tarixli söhbətindən Rəhman surəsi ilə əlaqədar verdiyi şərhlər.<br /><br /> ADNAN OKTAR: Rəhman surəsi, 54-cü ayədən başlayıram. Şeytandan Allaha sığınıram. "Onlar orada astarları atlazdan olan", biz atlazların burada fabrikdə yaradıldığını zənn edirik. Atlazları yaradan Allahdır. "Bəs Cənnətdə kim yaradır?" deyir. Dünyada da, axirətdə də yaradan Allahdır. Kiminsə dünyada bir fabrikdə yaratdığını zənn edirlər. Dünyada da Allah yaradar. Bütün paltarları Allah yaradar. "Döşəklərə dirsəklənəcəklər". Cənnətdə yorulmaq deyə bir şey yoxdur. Bəs döşəyi nə üçün istəyir?. Həyat yoldaşıyla cinsi əlaqədə olmaq, sevişmək, danışmaq və söhbət etmək üçün istəyir. Çünki, döşək həsrəti insana dünyada öyrədilir. Allah döşəyin nə olduğunu bizə dünyada öyrədər. Çünki, yorularıq, döşəyə uzanmaq istəyərik. Sevdiyimiz biri olar, onunla yataqda danışmaq istəyərik. Ən çox xoşumuza gələn bu olar. Əlbəttə ki, o, özünə halaldırsa. "Hər iki bağı
