İsaak Nyuton ( 1642-1727)
Bütün dövrlərin ən böyük elm adamı olaraq qəbul edilən İsaak Nyuton həm riyaziyyatçı, həm də fizik idi. Nyutonun elmə verdiyi ən böyük töhfələrdən biri, yerin cazibə qüvvəsinin kəşfidir.
Nyuton qüvvə və təcil arasındakı mükəmməl əlaqəni kütlə qavramı ilə əlaqələndirmiş, təsir və əks təsir prinsipini tapmış, qüvvələrin əvəzləyicisi sıfır olarsa, hərəkətli cisimlərin surətinin dəyişməyəcəyi nəzəriyyəsini irəli sürmüşdür.
Nyutonun qanunları artıq 4 yüz ildir ki, ən sadə mühəndis hesablarından ən mürəkkəb texnoloji lahiyələrə qədər tətbiq olunur.
Nyutonun təkcə cazibə mövzusunda deyil, həm də mexanika və optika kimi əsas mövzularda da çox önəmli ixtiraları olmuşdur. İşığın 7 rəngini kəşf edən Nyuton, bununla optika adı verilən yeni bir elmin təməlini qoymuşdur.
Nyuton elmə çığır açan bu ixtiralarla yanaşı, ateizmi rədd edən, yaradılışı müdafiə edən əsərlər yazmış, “yaradılış tək elmi açıqlamadır” düşüncəsini dəstəkləmişdir.
Nyuton kainatı