Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

APA TV-nin “İrish Times” xəbər portalına istinadla məlumata görə, Hyuston-İstanbul marşrutu ilə hərəkət edən "Boeing-777" təyyarəsi İrlandiyanın Şanon hava limanında təcili eniş edib.

Təyyarənin uçuşu dayandırmasına səbəb hava gəmisində bomba olması şübhələri ilə bağlı olub. İlkin məlumata görə, təyyarədə partlayıcının olması ilə bağlı ismarıc hava laynerinin göyərtəsində tapılıb.

Hyuston-İstanbul reysində sərnişin və ekipaj üzvləri daxil olmaqla 227 nəfər olub. Onların hamısı təxliyə edilib.