Surprise Me!

Ağ örpəyə bürünmüş Bakı - REPORTAJ

2016-01-26 5 Dailymotion

Ötən axşamdan başlayaraq paytaxt ərazisinə qar yağmağa başlayıb. Əsasən ucqar nöqtələrə yağan qar hazırda da davam edir.

Çəkiliş apardığımız Dənizkənarı Bulvarı qar ağ rəngə bürümüşdü.

Paytaxt təsərrüfatının işçiləri Dənizkənarı Bulvar ərazisini qar və buzdan təmizləməklə məşğul idi. Onlar vətəndaşlara bulvarın hələ buzdan təmizlənməmiş hissələrinə getməməyi məsləhət görürdülər.

Qar bulvarın xidmət sektorunun da işinə heç bir təsir etməmişdi. Hətta adi günlərdə əraziyə dincəlməyə gələn əhaliyə xidmət göstərən simvolik qatara bu gün də rast gəlmək olardı.

Qarlı havalarda ilk ağla gələn faktorlardan biri də paytaxt nəqliyyatının hərəkətidir. Çəkiliş apardığımız Neftçilər prospekti boyunca nəqliyyat vasitələri maneəsiz olaraq yollarına davam edirdi.

"Hal-hazırda paytaxtın Neftçilər prospektindəyik. Burada avtomobillərin hərəkətində hər hansı bir problem yoxdur. Baxmayaraq ki, qar yağıb, amma nəqliyyat vasitələri istənilən istiqamət üzrə sərbəst şəkildə hərəkət edə bilir".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində yağmurlu və küləkli hava şəraitinin sabah gündüz saatlarınadək davam edəcəyini bildirib.

Buy Now on CodeCanyon