Azərbaycan prezidenti İlham Əliyev yanvarın 27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib.

APA TV-nin məlumatına görə, dövlət başçısı “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd edib.

Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan prezident İlham Əliyev Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışıb.

Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter səmərəli siyasətin işlənib hazırlanmasında düzgün statistik məlumatların əldə edilməsi və istifadə olunmasının vacibliyinə toxunub, bu sahənin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.