Surprise Me!

Azərbaycan 4 milyard dollar yardım almaq üçün danışıqlar aparır

2016-01-28 2 Dailymotion

Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

“APA-Economics” xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək, hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.

Buy Now on CodeCanyon