“Bankların bağlanmasının deyil, birləşməsinin tərəfdarıyıq”. APA TV-nin məlumatına görə, bu fikirləri millət vəkili Vahid Əhmədov deyib. <br /> <br />Onun sözlərinə görə, iri bankların yaradılması daha məqsədə uyğundur. Bu halda həmin bankların kredit portfeli, likvidliyi və nizamnamə kapitalı böyük olacaq. Eyni zamanda əhaliyə verilən kredit faizləri də aşağı olacaq. <br /> <br />Hazırda bu prosesin getdiyini bildirən Vahid Əhmədov problemli bankların çox olduğunu, əsas məqsədin həmin bankların problemi olmayan banklarla birləşməsinin olduğunu deyib.
