Ərəb ölkələri ən yaxın müddətdə Suriyada quru əməliyyatlarına başlaya bilər. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Mərakeş və Bəhreyn Suriyaya 150 min hərbçi göndərəcəklərini açıqlayıblar.

Adı çəkilən ölkələrə daha sonra Malayziya, İndoneziya və Bruney də qoşula bilər. Plana görə, ümumi qoşunlar Suriyaya şimaldan - Türkiyə ərazisindən daxil olacaqlar.

Səudiyyə Ərəbistanın Suriyaya qoşun yeritməsi ABŞ tərəfindən dəstəklənib. "Vaşinqton İŞİD-lə mübarizədə Səudiyyə ilə əmkdaşlıqda maraqlıdır", - deyə Krallığın xarici işlər naziri Abdul əl-Cübeyr qeyd edib.

"ABŞ bizim xüsusi təyinatlılarımızın Suriyada əməliyyatlara qatılmasını vacib hesab edir. Biz beynəlxalq birliyin qərarını gözləyirik və antiterror koalisiyasına töhfəmizi vermək istəyirik" - deyə o qeyd edib.

Bu arada Kanada Suriyadakı əməliyyatlardan çəkildiyini bəyan edib. Ölkənin baş naziri iki həftə əvvəl başlatdıqları bombardmanlara son qoyduqlarını bildirib.