Göyərtəsində 351 sərnişin və 20 ekipaj üzvü olan Rusiya təyyarəsi Dominikanda qəzaya uğrayıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, təyyarə havada ikən mühərrikdə nasazlıq yaranıb. Amma pilotlar çəndəki yanacağı boşaltmaq üçün iki saat havada qalmağa məcbur olublar. <br /> <br />Bundan sonra isə daha təhlükəli vəziyyət yaranıb. Təyyarənin ön şassiləri alışıb, tüstü salona dolub. Sərnişinlər arasında təşviş yaranıb. <br /> <br />Pilotlar təyyarəni uçuş zolağına endirməyə müvəffəq olublar. Sərnişinlər trapdan enərkən yanğın daha da güclənib və layner yanıb. Xəsarət alan olmayıb, sərnişinlər mehmanxanalara yerləşdiriliblər.
