ADNAN OKTAR: Bismillah, Əhzab surəsini oxuyuram. Şeytandan Allaha sığınıram. "Ya Peyğəmbər! Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik!." Bu ayənin əbcədi 2034-cü ili verir.

"Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi göndərdik." İnşaAllah bu ayənin əbcədi də 2034-cü ili verir. Bunu əvvəllər də oxumuşdum, Allah bunu indi yenə qarşıma çıxartdı.

"Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır." Böyük bir xoşbəxtlikdir. Bunun əbcədi də 2005-ci ili verir.

"Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et." İnşaAllah deməli, münafiqlərə və kafirlərə itaət etməməliyik və verdikləri əziyyətə, hücumlarına, ələ salmalarına fikir verməməliyik.

OKTAR BABUNA: İnşaAllah hocam.

http://az.a9.com.tr/watch