(SEVGİLİM, AŞK OLMASA, VARLIK TÜM EFSANEDİR)
SEVGİLİM, EŞQ OLMASA, VARLIQ BÜTÜN ƏFSANƏDİR
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.

Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Qoy Vətən daim işıqlansın gözəl bir şəmtək,
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.

Nazənin, rəna gözəllərdir - baxırsan hər yana,
Bəs bu torpaq indi bir cənnət deyil, ayə, nədir?

Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,
Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.

Vahidəm mən, sevgilim, məndən xəyanət görməsən,
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.
Yöre: AZERBAYCAN
Kaynak Kişi: Əliağa VAHİD (Eliağa VAHİD)

(DEM BU DEM-2008)