Xəbərə keç - https://www.qalanews.com/news/filippində-qasırğa-nəticəsində-ölənlərin-sayı-75-ə-çatıb

Bizim xəbər saytımız - https://www.qalanews.com

Filippində "Usman" tropik qasırğasının səbəb olduğu güclü yağış və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 75-ə çatıb.

Qalanews.com xəbər verir ki, bu barədə ölkədə Risklərin Azaldılması və Fəlakətlərin İdarə Olunması üzrə Milli Şurasının (NDRRMC) nümayəndəsi Edqar Posadas bildirib.Bundan əvvəl isə 61 nəfərin öldüyü və 18 nəfərin itkin düşdüyü bildirilirdi.

Posadasın sözlərinə görə, 75 nəfərdən 59-u V regionda (Bikol regionu), 13-ü VIII regionda (Şərqi Visay) və üç nəfər ölkənin digər regionlarında həlak olub. Ümumilikdə, qasırğa 191 min nəfərə təsir göstərib, 16 nəfər itkin düşmüş hesab olunur.