Sözlər: Alish Niftaliyev
Musiqi: Javier Navaratte - Long, long, time ago

Uzun müddətdən sonra şeir yazıb səsləndirmək çox əla oldu.Musiqi də bir azca uzun olsaydı şeiri tələsəmədən deyərdim.Ona görə də siz əsas məna və səslənməyə fikir verin.Xoş dinləmələr

Kim və harada

Görəsən,
Kim bəxş etdi bizə bu sirli dünyanı
Kim düşündü axı əvvəli və sirli sonu
Axı kimdir kainatın o sirli yaradanı
Amma, əlbət var hər sirrin bir sonu

Bizlər parçalarıyıq sonsuz kainatın
Ayrı olduqda anlaşılmaz parçaların
Birləşəndə mürrəkəb olar o mənan
Çözmək bacarığı yox hər bəndənin

Dəyərsiz olardı çözmək olsaydı asan
Unutmaz önəmini çətinliyi bilən insan
Çünki tapmaq çətindir, itirmək asan
Tapdığı həqiqəti niyə unutsun o insan

Haradadır bizi daima izləyən yaradan
Axı hara daha müqəddəsdir görəsən
Tanrının ruhundanıqsa, bəlkə deyəsən
Niyə deyilik cənnətdə, söylə ey insan

Unutduğumuz üçün atılmışıq oradan
Layiq olmayacağıq, aralıyıq Tanrıdan
Niyə gizlənməsin biz çirkli varlıqlardan
Əslində izləyir bizi öz çirkli qəlbimizdən

Çirklərdən qorxub qaçdıq qəlbimizdən
Qorxduqca qaçdıq təmiz Tanrımızdan
Biz qorxduq: silinməyən günahlardan
Biz qaçdıq: içimizdəki güclü Tanrıdan

Qəlbimiz Tanrının evi, gizli idi ibilisdən
Biz sevdikcə iblisləri, qaçdı evimizdən
Tanrı da tərk edib bizi, yoxdu xəbəri
Dinləmir artıq ah-nalələri qullarından

Çün biz qul olmuşuq başqa məfhumlara
Qurban vermişik Tanrını dəyərsiz pullara
Susdurub söz vermişik yoldan keçən axmaqlara
Düşünüb haqq vermişik haqsız ideyalara

İnanmışıq saqqalı ilə cənnəti ölçən əbalılara
Biz elə o vaxt da, indi də inanmışıq şeytanlara
Biz uduzmuşuq cənnəti bir almalıq yalanlara
Biz Tanrıya inanmadıq,
o zaman Tanrı niyə inansın bizlərə

O həmişə inanacaq,
bizdən fərqli olaraq
o vicdanlıdır
Biz unudacağıq,
ondan fərqli olaraq
satmışıq vicdanımızı
Amma bilmirik,
Kim alıb o vicdanı
ya da
Harada itirdik o vicdanı...