Şəbnəm Tovuzlu - Mən Aşiq (Yeni 2023)
Söz, musiqi: Aslixan
Aranjman: Musta ( ali mustafa )
Directed by:Nicat Alışov
Model:@İqoreklive
Prodüsser :Şahane Ayazqızı (Elaqe Tel:050 850 15 56)
PR Menecer : Şahane Ayazqızı
Şebnem Tovuzlu kanalına abune olmaq üçün bu linke daxil olun: http://wedia.link/SebnemTovuzlu

"Mən Aşiq" Sözləri

Mən aşiq bir dəli leyli, mən sənə alüdə
Özümdən çoxdan keçdim,tək sənə sadiqəm
Ürəyim yanar ki yanar sönərmi anidən?
Əbədi qalar mı? qalar! Bağlıyıq taledən

Sən mənə Tanrıdan hədiyyə
Səni mənə verənə şükürlər olsun
Sərvətim, ən dəyərli xəzinə
Ömrümün hər anı səninlə dolsun

Soruşar hamı məndən
Nədi nədi gözündəki parıltı
Gülə gülə etiraf edirəm
Səbəbkarı adamım

Hər kəsin bir hekayəsi var
Mənimki sənlə daha dəli dolu
hər kəs elə bir səbəblə var olur
Bu ruh bu bədəndə sənə görə doğulub

Mənim əlim qolum, dayağım köməyim
Bu fani dünyada qoruyucu mələyim
Dostum, sirdaşım, həyat yoldaşım
Sənsən diləyim,yaşamağa səbəbim

Mən aşiq bir dəli leyli, mən sənə alüdə
Özümdən çoxdan keçdim,tək sənə sadiqəm
Ürəyim yanar ki yanar sönərmi anidən?
Əbədi qalar mı? qalar! Bağlıyıq taledən

Nə oldu mənə belə bilmirəm ancaq
Tutular bu dilim səni görən anda
İstəsən yandır, yanmağa alışaram
Kül olub yenidən doğularam sonda

Bu sevda ya tələ?
Dərinlərə enə-enə itirəm
Gözlərin həbs edir özünə
belə-belə bitirəm

Bəlkədə bu başqa bir parallel
Yaşıyıram hərşeyi təkrar-təkrar
Tanışdı yağış kimi ətrin,nəfəsin
Toxunuşu tilsim, yaraları sən sar

Mənim əlim qolum, dayağım dirəyim
Bu fani dünyada qoruyucu mələyim
Dostum, sirrdaşım, yol yoldaşım
Sənsən diləyim, yaşamağa səbəbim

#MenAsiq #SebnemTovuzlu #SebnemMenAsiq