Seyyid Taleh Boradigahi - Gelirem Kerbela - Meherrem ayi ucun - 2019 HD (Official Video)

Appele Music :http://wedia.link/kD47Z
Spotify : http://wedia.link/fOHc7
Deezer : http://wedia.link/9gykX
Fizy : http://wedia.link/0aETd

Bu mersiyye imam Huseynin terefinden Kerbela torpagina xitabdir. Mersiyyenin musiqisi deyerli qardashim Ehlibeyt (a,s) Meddahi Seyyid Fariq Boradigahiye mexsusdur.

Allah əlimizi imam Huseynin pak ətəyindən uzməsin. Amin
Sözləri ⬇️

Olmağa amaci bəla, gəlirəm Kərbəla.
Xakin edəm ləlu təla, gəlirəm Kərbəla.

Kəbəni heyrətdə qoyub, həsənatın sənin
Vadeyi sinadi məgər, Ərəfatın sənin
Zəmzəmi xəcalət edər, bu Fəratın sənin
Səndə edəm səyu səfa, gəlirəm Kərbəla.

Harda minanın bu qədər, şərəfu şəni var
Əsğəri şeş mahə kimi, quzu qurbanı var
Hansı Xəlilin de görüm, belə imkanı var
Teşnə zəbihən biqəfa, gəlirəm Kərbəla

Səndə sipehrin günü tək, bataram Kərbəla
Əsğəri alaram sinəmə, yataram Kərbəla
Öz qanımı toprağına, qataram Kərbəla
Ta olasan xaki şəfa, gəlirəm Kərbəla

Səndə əmanət gəmisin, salacağlar gilə
Babəl həvaic balası, düşəcək müşgülə
Səndə Əbəlfəzl satacağ, suyu bir cüt ələ
Verməyə Əbbasi fəda, gəlirəm Kərbəla.

Səndə dəmadəm axacağ, üzümə göz yaşım
Oğlum əlimdən gedəcək, öləcək qardaşım
izzət ilə əldən-ələ, düşəcəkdir başım
Olmağa təslimi qəza, gəlirəm Kərbəla

Rəsmi kanalımıza abunə olun
http://wedia.link/UPbm1

Facebook
http://wedia.link/4pLbA

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.

#SeyyidTalehBoradigahi #seyyidtaleh #geliremkerbela #mersiye

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!