Seyyid Fariq Boradigahi - Ayrılıq

"SÖZLƏRİ"

Düşünürəm fikr edirəm səni sənsiz hər gecə,
Bilməyirəm ayrlığın əzabına dözüm necə.
Bu qəlbimin dərdu-qəmi- sərinə sən yazılmısan,
Ürəyimin hər tərəfi yerinə sən yazılmısan.

Nəqarət

Gözlərim yolda qalıb mənə bir eylə nəzər,
Ürəyim həsrətinə necə dözsün bu qədər.
Nə qədər ki cümə saydım ki o gün sən gələsən,
Bu axan gözlərimin yaşını sən siləsən .

Mənə bi vəfa denən yada salmırsa dilim,
Mənə bu can nə gərəy sənə çatmırsa əlim.
Məni divanəyə sən nə olar eylə nəzər,
Ürəyim çox darıxır səni gözlər hər səhər.

Soz : Rafail Zulfiqarov
Mus : Hamid Asgari
Aranjiman : Yunus Misri

#SeyyidTalehBoradigahi #SeyyidFariq #Ayriliq

Rəsmi kanalımıza abunə olun
http://wedia.link/UPbm1

Facebook
http://wedia.link/4pLbA

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!