Seyyid Taleh Boradigahinin yeni ilahisi "Ey Gözəl Allah" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Seyyid Rövşən Zəkizadə
Mus : Tunar Rəhmanoğlu
Musiqi rejissoru : Sezgin Tellaloğlu
Mix, master : Teymur Şahmarov
Aranjiman : Cavid Cavadoğlu
Rejissor : Mahir Hüseynbəyli
Operator : Elçin Abbasov
Montaj rejissoru : Ədalət Həsənov

Sözləri

Bəndəyə yazmısan qəzavu qədər
Tutursan aləmdə hər yandan xəbər
Varındır xəbərin hər şeydən çünki
Nə yuxu bilirsən nə də ki, mürgi

Gecələr deyirəm dərdimi sənə
Həm dostdur həm sirdaş Allahım mənə
Rövşənlə danışan hər gecə sənsən
Ya Rəbbim lütf edən, həm də kərimsən
Rəhman və rəhimsən, ey gözəl Allah
Qədimdən qədimsən, ey əzəl Allah
Aləmlər yaradan ey gözəl Allah
Dünyanı xəlq edib, Adəmə verdin
Adəmlə gözəllik aləmə verdin

Günahkar bəndəyəm, lütf eylə mənə
Dərdimi, sirrimi söyləyim sənə
Tapılmaz sən kimi məni anlayan
Ey məni məndəndə gözəl tanıyan

Gecələr deyirəm dərdimi sənə
Həm dostdur həm sirdaş Allahım mənə
Rövşənlə danışan hər gecə sənsən
Ya Rəbbim lütf edən, həm də kərimsən
Rəhman və rəhimsən, ey gözəl Allah
Qədimdən qədimsən, ey əzəl Allah
Aləmlər yaradan ey gözəl Allah
Dünyanı xəlq edib, Adəmə verdin
Adəmlə gözəllik aləmə verdin

Rəsmi kanalımıza abunə olun
http://wedia.link/UPbm1

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.

#SeyyidTalehBoradigahi #EygozelAllah #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!