Seyyid Taleh Boradigahinin yeni ilahisi "Zaman" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Elvin Nasir ft. Seyyid Taleh - Zaman (Azalır ümidim)

Söz, musiqi : Elvin Nasir
Rejissor : İlhami Şahbazlı
Ssenari : Elvin Nasir
Aranjiman : Rəşad Hüseynov
Səs uzlaşması : Fəriborz Xatəmi
Kamança : Xəyyam Məmmədov
İcraçı prodüser : İbrahim Seyfulla
Klipdə kamança : Vasim Quliyev

Sözləri

Azalır ümidim
Azalır sabaha
Ağarır qara saç əsir əl də daha
Baxıram savaba baxıram günaha
Döyülən qapıda Ölümün özü var

Baxıram susaraq əcəlin üzünə
O baxır yenə də qapanan gözümə
Deyirəm gəl apar o susur və baxır
O baxır gözümə üzümə yaş axır

Can aparır,əzrayıl can aparır
Çatıbsa vaxtı,zaman vermiyir imkan aparır
Titrəyir əlim,qolum başım hərlənir deyəsən
Ürəyim tir tir əsir,gözümdə leysan,aparır

Ölü cansız bədənim içindədir tabutumun
Məni dəfn eyləməyə bir qrup insan aparır
Vay olsun halıma,ki mənim tək bəndə
Sonuncu mənzilinə bir belə nöqsan aparır

Mən səni gözləmirdim əcəl,yaman tez gəldin
Məni qaytar həyata çay kimi səssizcə axım
Nə gözəl əsir küləklər o kiçik pencərədən
Mənə bir fürsət ver bu dünyaya bir də baxım

Mənimki arzularım,ümidlərim qalmışdı
Əcəlin yelləri əsmiş ömrümün sarayına
Hardadır dost-tanışım,hardadır var dövlət
Bir nəfər yoxmudur məgər yetişsin harayıma

Üşüdür canımı əcəlin küləyi
Sıxılır boğazım,bükülür biləyim
Kəsilir nəfəsim,dayanır ürəyim
Döyülən qapıda,ölümün özü var

Bu dünya kimləri almış,unudub kimləri gör
Cəmi 40 gündür matəmin,əzab iztirab edərlər
Canın ki çıxır bədəndən itirsən adını
Sənə isminlə deyil mərhum deyə xitab edərlər

Ayığ ol ey bəndə,hər gün ölümü düşün
Nə qədər dünyaya dair xəyalə dalacaqsan?
Üstündə gəzdiyimiz dünyanı yox edər Allah
Sənimi saxlayacaq,sənmi qalacaqsan?

Bəlkə də ölüm küləkdir əsəndə xəzan olur
Biz payız vaxtı ağaclarda saralmış yarpağ
Dünyanın malından ötrü,bir ömrü xərcləmişəm
İndi bir kəfənim var,bir dəki qara torpağ

Baxıram susaraq əcəlin üzünə
O baxır yenə də qapanan gözümə
Deyirəm gəl apar o susur və baxır
O baxır gözümə üzümə yaş axır

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

Telegram
https://t.me/seyyidtalehbakui

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.

#SeyyidTalehBoradigahi #ElvinNasir #Zaman

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!