Seyyid Taleh Boradigahinin yeni ilahisi "Oğlum Hüseyn"/Həzrəti Zəhra (s) dili ilə … YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Kəniz
Mus : Anonim
Aranj : Fəriborz Xatəmi

Qanına qəltan olan oğlum Hüseyn
Ümmətə qurban olan oğlum Hüseyn

Kim səni qərq etdi qızıl qanına
Niyzə dəyib sinəyi suzanına
Fatimə qurban yaralı canına
Ləbləri ətşan olan oğlum Hüseyn

Bərhəm olub getdi əsasın sənin
Olmadı bir kəs tuta yasın sənin
Bəs hanı əynində libasın sənin
Sinəsi suzan olan oğlum Hüseyn

Teşnə ləb öldürdülər qardaşını
Firqəti qan eylədi göz yaşını
Kim daldan kəsdi susuz başını
Xanəsi viran olan oğlum Hüseyn

Bəsləmişidim səni sinəmdə mən
Gül bədənin qaldı yer üstündəsən
Yox sənə bir qəbri qazan dəfn edən
Peykəri üryan olan oğlum Hüseyn

Gəldi anan dur başının üstünə
Bəs nə salım yarələrin üstünə
Şimr gedir xeymələrin üstünə
Xeyməsi talan olan oğlum Hüseyn

Ağlamışam sübhü məsa halına
Qurban olum o yaralı canına
Aldın Huseyn Əkbərini yanına
Əsğəri ətşan olan oğlum Hüseyn

Neyləsin axır bala bu Zeynəbin
Bəs necə görsün yaralı peykərin
Kim ki, kəsib zülmilə bu əllərin
Zeynəbi nalan olan oğlum Hüseyn

Hansı ana mən kimi nalan olub
Kərbubəla də ciyəri qan olub
Xeymələri zülmilə talan olub
Xeyməyə mehman olan oğlum Hüseyn

Sən necə səbr etdin oğul qəmlərə
Firqəti Əbbasi, Əli Əkbərə
Oxlara nişanə Əli Əsğərə
Bağrı qızıl qan olan oğlum Hüseyn

Sən ki, imam idin axır ümmətə
Nuri hidayət bu yaman millətə
Saldılar axır səni min zillətə
Xakilə yeksan olan oğlum Hüseyn

Növhə tamam oldu “Kəniz” ağlaram
Başıma mən indi qara bağlaram
Oğlun Hüseynə mən əza saxlaram
Ey kəfəni olmayan oğlum Hüseyn

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

Telegram
https://t.me/seyyidtalehbakui

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.

#SeyyidTalehBoradigahi #OglumHuseyn #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!