Seyyid Taleh Boradigahinin yeni ilahisi "Ta nəfəsim var, deyərəm ya Əli" YouTube'da yayında
Söz : Əhəd Ədlicu
Mus : Seyyid Taleh Boradigahi
Aranjıman : Younes Mesri
Video : Dönməz Nuri

Ta nəfəsim var deyərəm ya Əli
Can sənə qurban edərəm ya Əli
Aləmi imkan mənə gər naz edə
Mən də sənə naz edərəm ya Əli
Çoxları divanəyi eşqindilər
Mən vəli divanətərəm ya Əli
Mən demirəm layiqi dərgahınam
Aşiqi şuridə sərəm ya Əli
Versələr eşqində mənə zəhr əgər
Bal əvəzində içərəm ya Əli
Adını görsəm yazılıb torpağa
Min yol o adı öpərəm ya Əli
Yox bilirsən ömrülərə etibar
Bir günü mən də ölərəm ya Əli
Qəbrə qoyub hamı gedəndən sonra
Onda səni gözləyərəm ya Əli
Hər nə sual eyləsələr qəbrdə
Ayrı sözüm yox deyərəm ya Əli
Qəbrimin əvvəl gecəsi gəlməsən
Fatimə canı küsərəm ya Əli

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Facebook 👇
https://www.facebook.com/seyyid.taleh/?

instagram 👇
https://www.instagram.com/seyyidtalehboradigahi/

Tiktok 👇
https://www.tiktok.com/@seyyidtalehboradigahi

Twitter 👇
https://x.com/taleasadov?s=11

Telegram 👇
https://t.me/seyyidtalehbakui

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.

#SeyyidTalehBoradigahi #TaNefesimVarDeyeremYaEli #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!