Mübariz Tağıyev və "Tac" qrupu - "Bir sabah" (music: Eldar Mansurov, söz: Vaqif Səmədoğlu), "Bəxt üzüyü" filmindən, 1991

Həyat, ömür bəd, yaman,
Heç açılmır asiman
Üz döndərib Yaradan
Məndən, səndən, dünyadan
Ay aman, ay aman

Sevinc gedir ey insan
Bu obadan, torpaqdan
Od yox olur ocaqdan
Səndən, məndən, dünyadan
Ay aman, ay aman

Göyə bir bax, yerə bir bax
Həyat gözəldir ay Allah
Bir gün sevinc bizim olar
Olar bizim bir sabah

Qayıt ömür ey bahar
Dön geriyə bəxtiyar
Qoy dönməsin Yaradan
Səndən, məndən, dünyadan
Ay aman, ay aman