Flo Ridadakı Kennedy Kosmos Mərkəzindən 28 Yanvar 1986-ci ildə buraxılan Challenger kosmik gəmisi, uçuşa başlamasından 73 saniyə sonra bərk yanacaq mühərrikindəki qəza səbəbiylə havada partlamış və parçaları Atlantik Okeanına düşmüşdü. Qəzada, yeddi astronovt həyatını itirmişdi. <br />Qazanın üzərindən 26 il keçdikdən sonra, Flo Ridalı, Jeffrey Ault tərəfindən çəkilən və bu günə qədər gizli qalan qəza videosu, Huffington Post tərəfindən nümayiş olundu. <br />Aultun bu qəzanı görməsi isə,tamamilə təsadüfdür. Belə ki o, lisey işi ilə əlaqədar olaraq, NASA-ya məktub yazır. NASA isə,böyük bir jest edərək kosmik gəmini izləmək üçün,Aultu uçuş meydançasına dəvət edir.<br />Challengerin yerdən yüksəlişini izləmə şansının, o zamana qədər yaşadığı ən həyəcanverici şey olduğunu söyləyən Ault, ana-atası və yoldaşı Bill Graber ilə meydançada yerlərini alıblar.. Ault, Chinon Super 8 kamerasıyla partlayışı lentə alarkən Graber,şəkillər çəkib. <br />AzTopNews sizə, həmin kadrları təqdim edir.